The Escapist
"The Escapist" ("the escapist" kimi üslublaşdırılır) — ABŞ elektron jurnalı. Jurnalın məzmunu əsasən videooyunlara yönəlmişdir, lakin eyni zamanda filmləri, komiksləri, televiziya şoularını və s. əhatə edir. Aleksandr Makris tərəfindən 12 iyul 2005-ci ildə təsis edilmişdir. Əvvəlcə jurnalın nömrələri həftədə bir dəfə nəşr olunurdusa, artıq davamlı olaraq məqalələr dərc olunur. 2018-ci ildən sahibi "Enthusiast Gaming" şirkətidir.
Jurnal 12 iyul 2005-ci ildə Aleksander Makris tərəfindən təsis edilmişdir. 30 iyun 2009-cu ilə qədər Julianne Greer baş redaktor olmuşdur, sonra 2011-ci ilin sentyabrına qədər bu vəzifəni Rass Pitts, 4 sentyabr 2012-ci il tarixinə qədər - Stiv Batts, 14 iyun 2013-cü il tarixdə Suzan Arendt, 21 yanvar 2015-ci il tarixinə Qreq Tito öz üzərinə götürmüdür. İndiki baş redaktor Coşua Vandervalldır. İlk növbədə, jurnal həftəlik jurnal idi, indi isə məqalələr davamlı olaraq dərc olunur.